Futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib. Arena.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
“Çelsi” doğma meydanda “Lester Siti” ilə qarşılaşıb. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Aston Villa” – “Bernli” görüşündə də oxşar nəticə qeydə alınıb.
Beş qolun qeydə alındığı “Everton” – “Kristal Pelas” matçı isə meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
İngiltərə Premyer Liqası
19 may
18-ci turun oyunu
Aston Villa – Bernli 1:1
Qol: Buendia, 48 – Barnes, 45-pen.
27-ci turun oyunu
Çelsi – Lester Siti 1:1
Qol: Alonso, 34 – Meddison, 6.
33-cü turun oyunu
Everton – Kristal Pelas 3:2
Qol: Kin, 54. Riçarlison, 75. Kalvert-Levin, 85 – Mateta, 21. Ayyu, 36.


