“Səbail” qapıçısı Elxan Əhmədov ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, müqavilə müddəti sona çatan futbolçu ilə yolların ayrılması barədə qərar qəbul edilib. “Səbail” PFK Elxana gələcək karyerasında uğurlar arzu edib.
Elxan Əhmədov 2017-ci ildən “Səbail”in uğurları üçün çalışırdı. Lakin o, geridə qalan beş mövsüm ərzində bu komandada cəmi 17 oyuna çıxıb.
Xatırladaq ki, “Səbail” daha öncə Nikolas Raysel və Domantas Şimkusla da yollarını ayırmışdı.


