Ədilxan Qarəhmədov daha 2 il “Səbail”də!

Səbail” gənc yarımmüdafiəçisi Ədilxan Qarəhmədov ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

21 yaşlı futbolçu “dənizçilər”lə 2 illik yeni müqaviləyə imza atıb. Onun əvvəlki sözləşməsinin müddəti bu ilin yayına qədərdir.

Qeyd edək ki, Ədilxan Qarəhmədov “Səbail”in öz yetirməsidir. O, 2019-cu ildən klubun əsas komandasına cəlb olunub.

“Səbail”də daha öncə Adil Nağıyev və Ruslan Hacıyevlə də yeni müqavilə imzalanmışdı. Əvəzində Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev və Camal Araqo ilə yollar ayrılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: