İngiltərənin “Arsenal” klubu hücumçusu Eddi Nketia ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu ilə uzunmüddətli yeni sözləşmə imzalanıb. Amma müqavilənin dəqiq müddəti və digər detalları açıqlanmayıb.
Futbolçunun yeni mövsümdən bu klubun əfsanəsi olan Tyerri Anrinin geyindiyi 14 nömrəli forma altında çıxış edəcəyi diqqətə çatdırılıb. Bu vaxta qədər o, 30 nömrəli formanı geyinirdi.
Eddi Nketia “Arsenal”ın öz yetirməsidir. O, klubun əsas komandasında meydana çıxdığı 92 oyunda 23 qol vurub. İngiltərə yığmasının da üzvü olan futbolçu, geridə qalan mövsümün son 8 matçında 5 qol vurmaqla diqqət mərkəzinə düşmüşdü.


