İngiltərənin “Arsenal” klubu heyətinə yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, London təmsilçisi ABŞ milli komandasının da üzvü olan qapıçı Matt Törneri transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı qolkiperlə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Matt Törner yeni komandasında 30 nömrəli formanı geyinəcək.
Amerikalı qolkiper ölkəsinin “Nyu İnqlend Revoluşn” klubundan transfer olunub. O, karyerası ərzində Birləşmiş Ştatların “Cersi Ekspress” və “Riçmond Kikkers” klublarının da formasını geyinib. ABŞ millisində 2021-ci ilin yanvarında debüt edən qolkiper yığmada 18 oyun keçirib.


