Futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci turun oyun cədvəli açıqlanıb. Arena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, növbəti turun görüşləri 1, 3 və 4 sentyabrda baş tutacaq.
İlk oyun “Kəpəz”lə “Qarabağ” arasında Qəbələdə keçiriləcək. Bir günlük fasilədən sonra “Şamaxı” “Turan Tovuz”u, “Neftçi” isə “Sumqayıt”ı qəbul edəcək. Nəhayət, sonuncu oyun günündə “Sabah” “Səbail”lə, “Zirə” isə “Qəbələ” ilə qarşılaşacaq.
Azərbaycan Premyer Liqası
5-ci tur
1 sentyabr
“Kəpəz” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 19:00
3 sentyabr
“Şamaxı” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu, 16:00
“Neftçi” – “Sumqayıt”
Bakı. “Bakcell Arena”, 20:30
4 sentyabr (bazar)
“Sabah” – “Səbail”
Masazır. “Bank Respublika Arena”, 18:00
“Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu, 20:30


