Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 4-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
Turun açılış oyunu “Sauthempton” və “Mançester Yunayted” komandaları arasında keçirilib. Ötən tur “Liverpul”a qalib gələn “qırmızı şeytanlar” bu oyunda da 3 xala seviniblər.
“Liverpul” ötən oyundakı məğlubiyyəti bu dəfə qarşılaşdığı “Bornmut”u 9 cavabsız qolla yenməklə unutdurmağa çalışıb.
Son çempion “Mançester Siti” bu dəfə “Kristal Pelas” üzərində qələbəyə sevinib. “Arsenal” da “Fulhem”lə oyundan qalib ayrılıb.
“Brentford” – “Everton” matçında qalib müəyyənləşməyibsə, “Brayton” “Lids”i minimal hesabla üstələyib.
Günün ən maraqlı oyunu isə Londonda baş tutub. “Çelsi” “Stemford Bridc”də bu mövsüm inamsız təsir bağışlayan “Lester Siti”ni qəbul edib. “Zadəganlar” bu oyundan qələbə ilə ayrılıblar.
Turun digər oyunları sabah keçiriləcək.
İngiltərə Premyer Liqası
4-cü tur
27 avqust
Sauthempton – Mançester Yunayted 0:1
Qol: B.Fernandes, 55.
Brentford – Everton 1:1
Qol: Yanelt, 85 – Qordon, 24.
Brayton – Lids 1:0
Qol: Qross, 66.
Çelsi – Lester Siti 2:1
Qol: Sterlinq, 47; 63 – Barnes, 66.
Liverpul – Bornmut 9:0
Qol: L.Dias, 3; 85. Elliot, 6. Aleksander-Arnold, 28. Firmino, 31; 62. Van Deyk, 45. Mepam, 46-öz qapısına. Karvalyo, 80.
Mançester Siti – Kristal Pelas 4:2
Qol: B.Silva, 53. Haland, 62; 70; 81 – Stounz, 4-öz qapısına. Andersen, 21.
Arsenal – Fulhem 2:1
Qol: Edeqor, 64. Qabriel, 85 – Mitroviç, 56.
28 avqust
17:00. Aston Villa – Vest Hem
17:00. Vulverhempton – Nyukasl
19:30. Nottingem Forest – Tottenhem


