Futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci turun hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu turun görüşləri 1, 3 və 4 sentyabrda baş tutacaq.
İlk oyun sabah “Kəpəz”lə “Qarabağ” arasında Qəbələdə keçiriləcək. Bu oyunu FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Bir günlük fasilədən sonra “Şamaxı” “Turan Tovuz”u, “Neftçi” isə “Sumqayıt”ı qəbul edəcək. Bu oyunlara müvafiq olaraq Rauf Allahverdiyev və Kamal Umudlu təyinat alıblar.
Nəhayət, sonuncu oyun günündə “Sabah” “Səbail”lə, “Zirə” isə “Qəbələ” ilə qarşılaşacaq. Bu matçları da müvafiq olaraq Nicat İsmayıllı və Rauf Cabarov idarə edəcəklər.
Azərbaycan çempionatında geridə qalan 4 turdan sonra maksimum nəticə göstərən “Sabah” 12 xalla liderdir.
Azərbaycan Premyer Liqası
5-ci tur
1 sentyabr
“Kəpəz” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Fərid Hacıyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ömər Paşayev.
Qəbələ şəhər stadionu, 19:00.
3 sentyabr
“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
Şamaxı şəhər stadionu, 16:00.
“Neftçi” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov.
Hakim-inspektor: Babək Quliyev.
Bakı. “Bakcell Arena”, 20:30.
4 sentyabr
“Sabah” – “Səbail”
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Kamran Bayramov, Cavid Cəlilov.
Hakim-inspektor: Orxan Məmmədov.
“Bank Respublika Arena”, 18:00.
“Zirə” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Anar Salmanov.
Zirə İdman Kompleksinin stadionu, 20:30.


