Futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun təyinatları müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
6-cı turun ilk oyunu sabah Tovuzda keçiriləcək. Qərb derbisində “Turan Tovuz” və “Kəpəz” komandaları üz-üzə gələcək. Bu oyunu Vüqar Həsənli idarə edəcək.
Şənbə günü “Qəbələ” “Neftçi”ni, “Səbail” “Zirə”ni qəbul edəcək. Bu oyunlar müvafiq olaraq Rəvan Həmzəzadə ilə Rauf Allahverdiyevin rəhbərlik etdiyi hakimlər briqadasına tapşırılıb.
Bazar gününə təsadüf edəcək “Sumqayıt” – “Şamaxı” matçında Fərid Hacıyev siz sahibi olacaq. “Qarabağ”la “Sabah” arasında baş tutacaq turun sonuncu qarşılaşmasını isə İnqilab Məmmədov idarə edəcək.
Azərbaycan Premyer Liqasında 5 turdan sonra “Sabah” 13 xalla zirvədə qərarlaşıb. “Qarabağ”la “Neftçi”nin isə 12 xalı var.
Azərbaycan Premyer Liqası
6-cı tur
9 sentyabr
“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Munis Abdullayev.
Tovuz şəhər stadionu, 16:30.
10 sentyabr
“Qəbələ” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Rəşad Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
Qəbələ şəhər stadionu, 18:00.
“Səbail” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əlliyev, Tural Qurbanov.
Hakim-inspektor: İmanxan Sultani.
Bakı. “ASCO Arena”, 20:30.
11 sentyabr
“Sumqayıt” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Cavanşir Yusifov, Emin Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
“Sumqayıt Arena”, 18:00.
“Qarabağ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.
Hakim-inspektor: Vüsal Əliyev.
Bakı. “Azersun Arena”, 20:30.


