Futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci turun bütün təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
İlk oyun günündə bir görüş baş tutacaq. “Səbail” Bakıda “Qəbələ” ilə üz-üzə gələcək. Bu oyunu Fərid Hacıyev idarə edəcək.
İkinci oyun günündə “Turan Tovuz” “Zirə”ni, “Qarabağ” isə “Neftçi”ni qəbul edəcək. Bu oyunlar müvafiq olaraq Rauf Allahverdiyev və Rəvan Həmzəzadəyə həvalə edilib.
Nəhayət, sonuncu oyun günündə keçiriləcək “Şamaxı” – “Sabah” matçında Tural Qurbanov, “Sumqayıt” – “Kəpəz” oyununda isə Kamal Umudlu iş başında olacaq.
Azərbaycan Premyer Liqasında 7 turdan sonra “Qarabağ” və “Neftçi”nin hesabında 18 xal var. Ağdam klubunun ehtiyatda da bir oyunu var. “Sabah” isə 16 xalla üçüncüdür.
Azərbaycan Premyer Liqası
8-ci tur
30 sentyabr
“Səbail” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov.
VAR: Rəşad Əhmədov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
Bakı. “ASCO Arena”, 19:00.
1 oktyabr
“Turan Tovuz” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ceyhun Haşımov.
Tovuz şəhər stadionu, 15:30.
“Qarabağ” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli.
Hakim-inspektor: Vüsal Əliyev.
Bakı. “Azersun Arena”, 18:00.
2 oktyabr
“Şamaxı” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Emin Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
Şamaxı şəhər stadionu, 15:30.
“Sumqayıt” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Əli Əliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
“Sumqayıt Arena”, 18:00


