Futbol üzrə Azərbaycan Birinci Divizionunda 7-ci turun oyun cədvəli məlum olub. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
İki gündə baş tutacaq turun ilk oyun günündə 3 oyun keçiriləcək. Qalan 4 qarşılaşma isə 12 oktyabrda olacaq.
Birinci Divizion
7-ci tur
11 oktyabr
MOİK – “Zirə-2”
Binə qəsəbə stadionu, 15:00.
“Mingəçevir” – “Sumqayıt-2”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.
“Qaradağ Lökbatan” – “Kəpəz-2”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
12 oktyabr
“Səbail-2” – “Şamaxı-2”
Bakı. “ASCO Arena”, 14:00.
“Zaqatala” – “Qarabağ-2”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
“Neftçi-2” – “İmişli”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.
“Araz Naxçıvan” – “Turan Tovuz-2”
Naxçıvan Muxtar Respublika stadionu, 16:30.


