Azərbaycan millisi Kiprə böyük hesabla məğlub oldu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2023) seçmə mərhələsində növbəti oyununa çıxıb. Arena.az xəbər verir ki, B Liqasında mübarizə aparan yığmamız ikinci tur çərçivəsində bu gün Kipr millisi ilə qarşılaşıb.

Xorvatiyanın Poreç şəhərindəki “Veli Joze” stadionunda təşkil olunan matçda rəqib komanda sevinən tərəf olub. Zamir Həsənovun yetirmələri 4 cavabsız qola üzülüblər.

Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk matçında da Monteneqroya 1:2 hesabıyla uduzmuşdu. Millimiz qrupdakı son matçını oktyabrın 10-da qrup oyunlarına ev sahibliyi edən Xorvatiyaya qarşı keçirəcək.

Yığmamızın yer aldığı 1-ci qrupun digər oyununda bu gün Xorvatiya Monteneqro ilə qarşılaşıb və 5:0 hesablı qələbəyə sevinib.

AÇ-2023-ün seçmə mərhələsi
B Liqası, 1-ci qrup
7 oktyabr

Azərbaycan – Kipr 0:4
Qollar: Kristina Kiriakidi, 16; 59. Domna Stilianu, 52. Georgia Terla, 66.
Baş hakim: Marisca Overtoom (Niderland).
Baş hakimin köməkçiləri: Diana Snoeren (Niderland), İvona Pejic (Xorvatiya).
Dördüncü hakim: Jelena Kumer (Xorvatiya).
Poreç. “Veli Joze” stadionu.

Azərbaycan: 1. Aytac Feyzullayeva, 2. Tuğba Nur Bozkurt, 3. Milana Rəhimova (k), 4. Fidan Cəfərova, 5. Fatiməyi Zəhra Huseynli, 6. Samirə Aşırova, 7. Buse Nur Kocabey, 8. Şeyma Nur Gencay, 9. Eda Nur Mutlu, 13. Nurçin Tarverdizadə, 19. Fatimə Əhmədli.
Ehtiyat oyunçular: 12. Rabiyə Mustafayeva, 10. Nahidə Məmmədova, 11. Müjgan Seyidova, 14. Gülbahar Yıldız, 15. Lalə Həsənova, 16. Züleyxa Zamanlı, 17. İntizar Haqverdiyeva, 18. Aytac Mirzəyeva.
Baş məşqçi: Zamir Həsənov.
Kipr: 1. Antriana Mila, 2. Andria Efstratiou 3. Aristi Prodromou, 5. Maria Panagiotou (k), 6. Domna Stylianu, 8. Maria Zamani, 10. Sofie Dionissiu, 11. Kristina Kiriakidi, 15. Anna Sofokleus, 16. Georgia Terla, 20. Eirini Moru.
Ehtiyat oyunçular: 12. Antria Savva, 4. Kristina Konstantinidu, 7. Eleonora Vasiliu, 9. Lelia Rolandi, 13. İoanna Christodulu, 14. Nastazia Nikolau, 17. Eleni Panayiotu, 18. Elena Pambori, 19. Marilia Constantinu.
Baş məşqçi: Savvas Sofokleus.

Xal: Xorvatiya – 6. Kipr – 3. Monteneqro – 3. Azərbaycan – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: