“Lans” baş məşqçisi ilə 2027-ci ilə kimi müqavilə bağladı

Fransanın “Lans” komandasının baş məşçqisi Frank Heyzlə yeni müqavilə imzalanıb. Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, tərəflər arasında müddəti 2027-ci ilin yayında başa çatacaq müqavilə imzalanıb. Heyzin bundan sonra nəinki əsas komandaya, həm də gənclərdən və qadınlardan ibarət kollektivlərə nəzarət edəcəyi diqqətə çatdırılıb.

Frank Heyz 2020-ci ilin fevralından “Lans”a rəhbərlik edir. 51 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 88 matça çıxarıb. Elita təmsilçisi bu görüşlərdə 40 qələbə qazanıb, 26 heç-heçə edib, 22 məğlubiyyətə üzülüb. Heyz daha öncə 3 il bu klubun əvəzedici komandanın rəhbərlik edib, eləcə də “Loryan”da məşqçi kimi çalışıb.

“Lans” bu mövsüm Liqa 1-də 10 oyuna 21 xal toplayıb və 20 iştirakçı arasında 4-cü sırada qərarlaşıb.

Xəbəri paylaş: