Azərbaycan Premyer Liqasında 2 turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü və 14-cü turların oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 13-cü turun matçları 4-5-6 noyabrda, 14-cü turun qarşılaşmaları isə 11-12-13 noyabrda baş tutacaq.

Yeri gəlmişkən, “Qarabağ”ın ev oyunlarını keçirdiyi “Azersun Arena” təmirə bağlanıb. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat yer alıb. Bildirilir ki, sözügedən arenanın ot örtüyündə renovasiya işləri aparılır. Bu səbəbdən, Ağdam klubu növbəti bildirişə qədər ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. “Qarabağ” ölkə çempionatının 13-cü turu çərçivəsində, noyabrın 6-da “Kəpəz”i məhz mərkəzi arenada qəbul edəcək.

Həmçinin 3-cü turdan təxirə salınmış “Turan Tovuz” – “Qarabağ” görüşünün də vaxtı müəyyənləşib. Bu qarşılaşma noyabrın 9-da Tovuzda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 10 oyuna maksimum – 30 xal toplamış “Qarabağ” vahid liderdir. “Sabah” 25 xalla 2-ci, “Neftçi” isə 22 xalla 3-cüdür.

Azərbaycan Premyer Liqası

13-cü tur

4 noyabr (cümə)

“Turan Tovuz” – “Şamaxı”
Tovuz şəhər stadionu, 15:00

5 noyabr (şənbə)

“Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu, 15:00

“Sumqayıt” – “Neftçi”
“Sumqayıt Arena”, 19:00

6 noyabr (bazar)

“Səbail” – “Sabah”
“ASCO Arena”, 15:00

“Qarabağ” – “Kəpəz”
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

3-cü turdan təxirə salınmış oyun

9 noyabr (çərşənbə)

“Turan Tovuz” – “Qarabağ”
Tovuz şəhər stadionu, 14:30

14-cü tur

11 noyabr (cümə)

“Şamaxı”– “Sumqayıt”
Şamaxı şəhər stadionu, 14:30

12 noyabr (şənbə)

“Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu, 16:00

“Neftçi” – “Qəbələ”
Bakı. “Bakcell Arena”, 18:30

13 noyabr (bazar)

“Kəpəz” – “Turan Tovuz”
Gəncə şəhər stadionu, 14:30

“Sabah” – “Qarabağ”
Masazır. “Bank Respublika Arena”, 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: