Azərbaycan Premyer Liqasında 13-cü turun hakimləri

Futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü turun təyinatları müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Tura sabah keçiriləcək “Turan Tovuz” – “Şamaxı” matçı ilə start veriləcək. Bu oyunu Rauf Allahverdiyev idarə edəcək.

Şənbə gününə təsadüf edəcək “Qəbələ” – “Zirə” matçı Rauf Cabarova, “Sumqayıt” – “Neftçi” görüşü isə Cavid Cəlilova həvalə olunub.

Sonuncu oyun günündə keçiriləcək “Səbail” – “Sabah” matçında Əliyar Ağayev, “Qarabağ” – “Kəpəz” görüşündə isə Rəvan Həmzəzadə söz sahibi olacaq.

Azərbaycan Premyer Liqasında 12 turdan sonra 33 xala malik “Qarabağ” vahid liderdir. Bu komandanın “Turan Tovuz”la ilk dövrədəki matçı təxirə salınıb. “Sabah” 31 xalla ikinci, “Neftçi” 25 xalla üçüncüdür.

Azərbaycan Premyer Liqası
13-cü tur
4 noyabr

15:00. “Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Vüsal Əliyev.
Tovuz şəhər stadionu.

5 noyabr

15:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı.
Hakim-inspektor: Ramil Diniyev.
Qəbələ şəhər stadionu.

19:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Vüsal Məmmədov, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
“Sumqayıt Arena”.

6 noyabr

15:00. “Səbail” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rəşad Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
Bakı. “ASCO Arena”.

19:00. “Qarabağ” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Fərid Hacıyev.
Hakim-inspektor: Ömər Paşayev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: