Azərbaycan Premyer Liqasında 14-cü turun hakimləri bilindi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 14-cü turun hakim təyinatları müəyyənləşib. Arena.az xəbər verir ki, növbəti tura sabah keçiriləcək bir oyunla start veriləcək.

Turun açılış matçında “Şamaxı” “Sumqayıt”ı qəbul edəcək. Bu oyunda Elçin Məsiyev baş hakim olacaq.

Noyabrın 12-də keçiriləcək “Zirə” – “Səbail” matçını Vüqar Həsənli, “Neftçi” – “Qəbələ” görüşünü isə Nicat İsmayıllı idarə edəcək.

Sonuncu oyun gününə təsadüf edəcək “Kəpəz” – “Turan Tovuz” görüşündə Rəşad Əhmədov söz sahibi olacaq. Turun mərkəzi oyunu olan “Sabah” – “Qarabağ” qarşılaşması isə Fərid Hacıyevə tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 13 turdan sonra “Qarabağ” maksimum – 39 xalla vahid liderdir. “Sabah” 34 xalla ikinci, “Neftçi” 26 xalla üçüncüdür.

Azərbaycan Premyer Liqası
14-cü tur
11 noyabr

“Şamaxı” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Şamaxı şəhər stadionu, 14:30.

12 noyabr

“Zirə” – “Səbail”
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Eyyub İbrahimov, Cavid Cəlilov.
Hakim-inspektor: Asim Xudiyev.
Zirə İdman Kompleksinin stadionu, 16:00.

“Neftçi” – “Qəbələ”
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Rəhman İmami, Rövşən Rəcəbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
Bakı. “Bakcell Arena”, 18:30.

13 noyabr

“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Əli Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
Gəncə şəhər stadionu, 14:30.

“Sabah” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev.
Hakim-inspektor: Anar Salmanov.
Masazır. “Bank Respublika Arena”, 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: