Azərbaycan Premyer Liqasında 3 turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 16, 17 və 18-ci turların oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Hər üç turun oyunları üç gün ərzində keçiriləcək. Qarşılaşmaların hamısı “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında hazırda fasilə yaranıb. Geridə qalan 14 turdan sonra “Qarabağ” 40 xalla vahid liderdir. “Sabah” 35 xalla ikinci, “Neftçi” isə 29 xalla üçüncü pillədə qərarlaşıb. “Zirə”nin 22, “Qəbələ”nin isə 20 xalı var.

Azərbaycan Premyer Liqası

16-cı tur

2 dekabr

“Neftçi” – “Qarabağ”
“Bakcell Arena”, 21:00.

3 dekabr

“Qəbələ” – “Səbail”
Qəbələ şəhər stadionu, 14:30.

“Sabah” – “Şamaxı”
Masazır. “Bank Respublika Arena”, 17:00

4 dekabr

“Kəpəz” – “Sumqayıt”
Gəncə şəhər stadionu, 14:30.

“Zirə” – “Turan Tovuz”
Zirə İdman Kompleksinin stadionu, 17:00.

17-ci tur

13 dekabr

“Şamaxı” – “Zirə”
Şamaxı şəhər stadionu, 14:00.

“Qarabağ” – “Qəbələ”
Bakı. “Azersun Arena”, 19:00.

14 dekabr

“Kəpəz” – “Sabah”
Gəncə şəhər stadionu, 14:00.

“Sumqayıt” – “Səbail”
Sumqayıt. “Kapital Bank Arena”, 19:00.

15 dekabr

“Turan Tovuz” – “Neftçi”
Tovuz şəhər stadionu, 14:30.

18-ci tur

23 dekabr

“Neftçi” – “Şamaxı”
Bakı. “Bakcell Arena”, 16:00.

“Sumqayıt” – “Sabah”
Sumqayıt. “Kapital Bank Arena”, 18:30.

24 dekabr

“Qəbələ” – “Turan Tovuz”
Qəbələ şəhər stadionu, 15:00

“Səbail” – “Qarabağ”
Bakı. “ASCO Arena”, 17:30.

25 dekabr

“Zirə” – “Kəpəz”
Zirə İdman Kompleksinin stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: