Futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci turun hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Növbəti turun oyunları 3 gün ərzində baş tutacaq. İlk oyun günündə keçiriləcək “Şamaxı” – “Zirə” qarşılaşmasında Elçin Məsiyev söz sahibi olacaq. Turun mərkəzi görüşü olan “Qarabağ” – “Qəbələ” matçı isə Kamranbəy Rəhimova tapşırılıb.
Dekabrın 14-də keçiriləcək “Kəpəz” – “Sabah” matçını Fərid Hacıyev, “Sumqayıt” – “Səbail” oyununu isə Tural Qurbanov idarə edəcək.
Sonuncu oyun gününə təsadüf edəcək “Turan Tovuz” – “Neftçi” matçı isə Əliyar Ağayevə həvalə olunub.
Azərbaycan Premyer Liqasında 16 turdan sonra 44 xala malik “Qarabağ” vahid liderdir. “Sabah” 39 xalla ikinci, “Neftçi” isə 32 xalla üçüncü pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
17-ci tur
13 dekabr
14:00. “Şamaxı” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Kamal Umudlu.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Şamaxı şəhər stadionu.
19:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Rəhman İmami, İnqilab Məmmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Elman Musayev.
Bakı. “Azersun Arena”.
14 dekabr
14:00. “Kəpəz” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Cavid Cəlilov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Gəncə şəhər stadionu.
19:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Sumqayıt Arena”.
15 dekabr
14:30. “Turan Tovuz” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Müslüm Əliyev, Rəşad Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tovuz şəhər stadionu.


