Premyer Liqa: 19-cu turun oyun cədvəli açıqandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Növbəti turun görüşləri 24-26 yanvar aralığında keçiriləcək. 2023-cü ilin ilk turuna “Kəpəz” – “Qəbələ” oyunu ilə start veriləcək.

İkinci oyun günündə “Turan Tovuz” – “Qarabağ” və “Zirə” – “Sumqayıt” matçları baş tutacaq. Turun sonuncu günündə isə “Şamaxı” – “Səbail” və “Sabah” – “Neftçi” görüşləri keçiriləcək.

Azərbaycan Premyer Liqası
19-cu tur
24 yanvar

“Kəpəz” – “Qəbələ”
Gəncə şəhər stadionu, 14:00.

25 yanvar

“Turan Tovuz” – “Qarabağ”
Tovuz şəhər stadionu, 14:00.

“Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu, 16:30.

26 yanvar

“Şamaxı” – “Səbail”
Şamaxı şəhər stadionu, 14:00.

“Sabah” – “Neftçi”
Bakı. “Bank Respublika Arena”, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: