AFFA-dan Ceyhun Nuriyevə 4 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 18-ci turunun və Birinci Divizionun 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqası, 18-ci tur

“Kəpəz” – “Sabah” oyununda “Sabah”ın futbolçusu Ceyhun Nuriyev 90-cı dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Buna görə futbolçuya 3 aylıq sınaq müddəti təyin olunub. Nuriyev 2 oyun şərti olmaqla 4 oyun cəzalandırılıb. “Sabah” klubu isə buna görə 3200 manat cərimə edilib.

“Sabah”ın qapıçılar üzrə məşqçisi Vitali Kovalyov hakimlərə etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Buna görə o, 1 oyun cəzalandırılıb. Klub isə bu üzdən 800 manat cərimə edilib.

“Turan Tovuz” – “Neftçi” oyununda “Neftçi”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə paytaxt klubu 800 manat cərimə edilib.

Birinci Divizion, 15-ci tur

“İmişli” – “Turan Tovuz-2” oyununda “İmişli”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib. Bu oyunda meydana kənar şəxs daxil olduğuna görə “İmişli” klubu 160 manat cərimə edilib.

“Şamaxı-2” – “Zirə-2” oyununda “Zirə”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.

“Səbail-2” – “Mingəçevir” oyununda “Mingəçevir”in futbolçusu Sahil Həsənov 90+2-ci dəqiqədə ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydançadan kənarlaşdırılıb. O, buna görə 1 oyun cəzalandırılıb, klubu isə 20 manat cərimə edilib.

“Zaqatala” – “Araz Naxçıvan” oyununda “Araz Naxçıvan”ın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: