Azərbaycan Premyer Liqasında 2022-ci ilin son təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci turun təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

2022-ci ilin son turunun ilk oyunu olan “Neftçi” – “Şamaxı” qarşılaşması Rəşad Əhmədova tapşırılıb. Həmin gün keçiriləcək “Sumqayıt” – “Sabah” oyununda isə FİFA referisi Əliyar Ağayev söz sahibi olacaq.

İkinci oyun günündə “Qəbələ” “Turan Tovuz”u, “Səbail” isə “Qarabağ”ı qəbul edəcək. Bu oyunları müvafiq olaraq Kamal Umudlu və Vüqar Həsənli idarə edəcək.

Sonuncu oyun günündə baş tutacaq ilin son qarşılaşmasına – “Zirə” ilə “Kəpəz”in oyununa isə Nicat İsmayıllı təyinat alıb.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 17 turdan sonra 47 xala malik “Qarabağ” vahid liderdir. 40 xalı olan “Sabah” ikinci, 35 xala malik “Neftçi” isə üçüncüdür.

Azərbaycan Premyer Liqası
18-ci tur
23 dekabr

“Neftçi” – “Şamaxı”
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “Bakcell Arena”, 16:00.

“Sumqayıt” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Sumqayıt Arena”, 18:30.

24 dekabr

“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Qəbələ şəhər stadionu, 15:00.

“Səbail” – “Qarabağ”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Emin Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASCO Arena”, 17:30.

25 dekabr

“Zirə” – “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Zöhrab Abbasov, Fərid Hacıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Zirə İdman Kompleksinin stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: