Azərbaycan Premyer Liqasında rekord və antirekord

Futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci turun “Zirə” – “Kəpəz” oyunu qırmızı vərəqələrin sayında antirekordla əlamətdar olub. Arena.az xəbər verir ki, 2:2 hesabı ilə bitən matçda 5 futbolçuya belə ağır cəza verilib.

Coşqun Diniyev və Nemanya Andelkoviç meydan sahiblərinin, Elçin Əlicanov, Girogi Kantariya və Mixeil Erqemlidze isə qonaqların heyətində qırmızı vərəqə alıb. Sonuncunun cəzası oyun bitdikdən sonraya təsadüf olunub. Bu, Premyer Liqanın cari mövsümünün antirekordudur.

Rekord təkrarlandı

Azərbaycan Premyer Liqasında 18-ci turun üç oyununda böyükhesablı nəticə qeydə alınıb. “Neftçi” “Şamaxı” ilə ev, “Qarabağ” “Səbail”lə səfər oyununda 3 cavabsız qolla qalib gəlib. “Sumqayıt”ın qonağı olan “Sabah” isə 6:0 hesabı ilə qələbə qazanıb.

Bu, mövsümdə ikinci belə hadisədir. Yalnız 12-ci turda belə nəticələr qeydə alınıb. “Kəpəz” “Səbail”i, “Neftçi” “Zirə”ni üç, “Qarabağ” “Şamaxı”nı 4 cavabsız qolla üstələyib.

Xatırladaq ki, cari mövsümdə ümumilikdə 16 qarşılaşmada üç və ya daha çox top fərqi qeydə alınıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: