AFFA “Zirə” – “Kəpəz” matçında baş verənlərə hüquqi qiymət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqanın 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Səbail” – “Qarabağ” oyununda kənar şəxslər meydançaya daxil olduğuna görə “Səbail” klubu 1600 manat cərimə edilib.

“Zirə” – “Kəpəz” oyununda “Kəpəz”in 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün Gəncə klubu 800 manat cərimə edilib.

“Kəpəz”in futbolçusu Elçin Əlicanov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. O, buna görə 1 oyun cəzalandırılıb, klubu isə 200 manat cərimə edilib.

“Kəpəz”in futbolçusu Georgi Kantariya ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. O da buna görə 1 oyun cəzalandırılıb, klubu 200 manat cərimə edilib.

“Kəpəz”in futbolçusu Mixeil Erqemlidze də oyundan sonra ikinci sarı vərəqə alıb və “qırmızı” ilə cəzalandırılıb. Gürcü oyunçu da buna görə 1 oyun cəzalandırılıb, Gəncə klubu 200 manat cərimə edilib.

“Kəpəz” klubu bir oyunda 3 qırmızı vərəqə ilə cəzalandığı üçün klub 4800 manat cərimə edilib.

“Zirə”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

“Zirə”nin futbolçusu Coşqun Diniyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bunun üçün o, 2 oyun cəzalandırılıb, paytaxt klubu isə 1600 manat cərimə edilib.

“Zirə”nin digər futbolçusu Nemanya Andelkoviç rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. O da buna görə 1 oyun cəzalandırılıb, klubu 200 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: