Çağdaş Atan daha 3 il “Kayserispor”da!

Türkiyənin “Kayserispor” klubu baş məşqçisi Çağdaş Atan ilə yeni müqavilə imzalayıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

42 yaşlı mütəxəssislə 3 illik yeni müqavilə imzalanıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2022/23 mövsümünün sonunda başa çatacaqdı.

Xatırladaq ki, Çağdaş Atan bu mövsümün əvvəlində Kayseri klubuna baş məşqçi təyin edilmişdi. Həmin vaxt onunla 1 illik müqavilə imzalanmışdı. Gənc mütəxəssis daha öncə də bu komandada məşqçi kimi çalışıb. Belə ki, o, 2017-ci ildə Kayseri təmsilçisində köməkçi məşqçi kimi fəaliyyət göstərib. O, 2020/21 mövsümündə “Alanyaspor”un baş məşqçisi olub. Atan “Beşiktaş”, “Yeni Malatyaspor”, “Alanyaspor”, “Konyaspor”, “Əskişəhərspor” və “Qaziantepspor”da da köməkçi məşqçi kimi işləyib.

“Kayserispor” Çağdaş Atanın rəhbərliyi altında meydana çıxdığı 18 oyunda 10 qələbə qazanıb, 2 heç-heçə edib və 6 məğlubiyyətə üzülüb. Kayseri təmsilçisi bu mövsüm Super Liqada keçirdiyi 15 oyunda 7 qələbə qazanıb, 2 heç-heçə edib və 6 məğlubiyyət görüb. Komanda 23 xalla 19 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: