“Turan Tovuz” da Antalyaya getdi, ilk məşqə çıxdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb. Arena.az xəbər verir ki, mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə yanvarın 3-də Bakıda bir araya gələn Tovuz təmsilçisi bu gün səhər saatlarında Antalyaya yola düşüb.

Bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb. Artıq Antalyada olan Ayxan Abbasovun komandası bu gün ilk məşqinə də çıxıb. Tovuz təmsilçisinin ilk məşqi meydanda baş tutub.

Xatırladaq ki, “Turan Tovuz” Türkiyədə üç yoxlama oyunu keçirəcək. Belə ki, sözügedən komanda yanvarın 9-da Rumıniyanın “Petrolul”, 13-də İsveçrənin “Aarau”, 17-də isə Polşanın “Qurnik” (Zabrje) kollektivləri ilə üz-üzə gələcək.

Hazırlıq prosesi iki həftəyə yaxın davam edəcək. Belə ki, komanda yanvarın 18-nə qədər qardaş ölkədə hazırlıq keçəcək.

Bu mövsüm yenidən elitaya qayıdan Tovuz komandası Azərbaycan Premyer Liqasında geridə qalan ilk iki dövrədən sonra 17 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: