Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, paytaxt təmslçisi Polşanın “Varta” (Poznan) komandası ilə üz-üzə gəlib.
Baş məşqçi Murad Musayev bu oyunda aşağıdakı futbolçulara ilk dəqiqələrdən oynamaq şansı yaradıb: 94. Nicat Mehbalıyev, 15. Kristian Da Silva, 2. Amin Seydiyev, 19. Con İrasabal, 14. Bəxtiyar Həsənalızadə, 10. Aleksey İsayev, 7. Boyan Letiç, 4. Elvin Camalov (k), 8. Aleksey Kaşuk, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh.
Poznan təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 18:00-da start götürüb. Tərəflər hərəyə bir dəfə fərqləndikləri bu oyundan heç-heçə ilə ayrılıblar – 1:1. 45-ci dəqiqədə Aleksey Kaşuk hesabı açıb və komandasını önə keçirib. Lakin Azərbaycan təmsilçisi 90-cı dəqiqədə üstünlüyü əldən verib.
Xatırladaq ki, “Sabah” Antalya toplanışı çərçivəsində daha bir oyun keçirəcək. Murad Musayevin çalışdırdığı komanda 18 yanvarda Serbiya “Voyvodina”sı ilə qarşılaşacaq. Bakı təmsilçisinin Antalya toplanışı 19 yanvarda başa çatacaq.


