Bundesliqa: “Frayburq”la “Verder” biabır oldu

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 16-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

“Ştutqart” – “Maynts” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Bohum” “Herta”nı, “Ayntraxt” “Şalke”ni, “Union Berlin” “Hoffenhaym”ı məğlub yola salıb. “Volfsburq” – “Frayburq” və “Köln” – “Verder” matçlarında da qonaqlar biabırçı məğlubiyyətə üzülüblər.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Almaniya Bundesliqası
16-cı tur
20 yanvar

Leypsiq – Bayern 1:1
Qol: Halştenberq, 52 – Şupo-Motinq, 37.

21 yanvar

Bohum – Herta 3:1
Qol: Hofmann, 22; 56. Şlotterbek, 44 – S.Serdar, 87.

Ayntraxt – Şalke 3:0
Qol: Lindstrom, 22. Borre, 84. Buta, 90+1.

Ştutqart – Maynts 1:1
Qol: Jirassi, 36 – İnqvartsen, 40-pen.

Union Berlin – Hoffenhaym 3:1
Qol: Duxi, 73; 89. Levelinq, 90+6 – Bebu, 43.

Volfsburq – Frayburq 6:0
Qol: Vimmer, 2. Vind, 28; 37. Gerhardt, 56. Baku, 80. Valdşmidt, 90+4-pen.

Köln – Verder 7:1
Qol: Maina, 9. Tigges, 16; 21. Sxiri, 30; 54. Huseynbaşiç, 36. Friedl, 77-öz qapısına – Fullkruq, 38.

22 yanvar

18:30. Borussiya (Dortmund) – Auqsburq
20:30. Borussiya (Mönhenqladbax) – Bayer

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: