Futbol üzrə Azərbaycan Premyer Liqasında 22, 23 və 24-cü turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Belə ki, 22-ci turun qarşılaşmaları 10-12 fevral, 23-cü turun oyunları 17-19 fevral və 24-cü turun matçları da 24-27 fevral aralığında keçiriləcək.
Xatırladaq ki, hazırda Azərbaycan Premyer Liqasında 19-cu turun qarşılaşmaları keçirilir. Bu gün hesabat turuna yekun vurulacaq. Hazırda 53 xala malik “Qarabağ” vahid liderdir. “Sabah” 43 xalla ikinci, “Neftçi” 38 xalla üçüncüdür.
22-ci tur
10 fevral
15:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu
11 fevral
14:00. “Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu
17:00. “Qarabağ” – “Sabah”
Bakı. “Azərsun Arena”.
12 fevral
15:00. “Səbail” – “Zirə”
Bakı. “ASCO Arena”.
17:30. “Sumqayıt” – “Şamaxı”
Sumqayıt. “Sumqayıt Arena”
23-cü tur
17 fevral
14:00. “Kəpəz” – “Şamaxı”
Gəncə şəhər stadionu.
18 fevral
15:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu.
17:30. “Neftçi” – “Səbail”
Bakı. “Bakcell Arena”.
19 fevral
16:30. “Sabah” – “Turan Tovuz”
Masazır. “Bank Respublika Arena”
19:00. “Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu.
24-cü tur
24 fevral
14:00. “Turan Tovuz” – “Zirə”
Tovuz şəhər stadionu.
19:00. “Səbail” – “Qəbələ”
Bakı. “ASCO Arena”.
25 fevral
14:30. “Şamaxı” – “Sabah”
Şamaxı şəhər stadionu.
17:00. “Sumqayıt” – “Kəpəz”
Sumqayıt. “Sumqayıt Arena”.
27 fevral
20:00. “Qarabağ” – “Neftçi”
Bakı. “Azərsun Arena”.


