Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün ikinci yarısının startı yüksək məhsuldarlıqla əlamətdar olub. Arena.az xəbər verir ki, 24, 25 və 26 yanvarda keçirilən 19-cu turun oyunlarında ümumilikdə 18 qol vurulub.
“Kəpəz” – “Qəbələ”, “Turan Tovuz” – “Qarabağ”, “Zirə” – “Sumqayıt”, “Şamaxı” – “Səbail” və “Sabah” – “Neftçi” matçlarının keçirildiyi turda orta məhsuldarlıq 3.60-a bərabər olub. Bu, 2022/23 mövsümünün rekordunun təkrarıdır. Cari çempionatın 2-ci və 7-ci turunda da 18 qol vurulmuşdu.
Xatırladaq ki, daha yüksək məhsuldarlıq sonuncu dəfə ötən mövsümün 10-cu turunda qeydə alınıb. 2021-ci il noyabrın 6-7-dəki turun 4 matçında 17 qol vurulub və orta göstərici 4.25-ə bərabər olub.
Sonda Azərbaycan Premyer Liqasında 19-cu tur çərçivəsində baş tutan oyunların nəticələrini bir daha xatırladırıq:
“Kəpəz” – “Qəbələ” 2:2
“Turan Tovuz” – “Qarabağ” 2:3
“Zirə” – “Sumqayıt” 3:1
“Şamaxı” – “Səbail” 2:1
“Sabah” – “Neftçi” 2:0


