“Sabah” Azərbaycan Premyer Liqasında 150-ci qola sevindi

Sabah” futbol üzrə Azərbaycan Premyer Liqasında 150-ci qolunu vurub. Arena.az xəbər verir ki, bu, ölkə çempionatının ötən gün baş tutan “Neftçi” ilə ev oyununa təsadüf edib.

Azərbaycan Premyer Liqasının 19-cu turunun oyununda hesabı açan Coy Lens Mikels “Sabah”ın tarixinə yubiley qolunun müəllifi kimi düşüb.

Yüksək liqada 2018/19 mövsümündə debüt edən Bakı klubu “150”yə 123-cü matçında çatıb. 2:0 hesablı qələbə qazanan bu komandanın hesabında ümumilikdə 151 top var. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 1.23-ə bərabərdir. Bakılılar evdə 78, səfərdə 73 dəfə fərqləniblər.

Xatırladaq ki, “Sabah” Azərbaycan Premyer Liqasında ən azı 150 qol vuran 23-cü komandadır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: