Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 18-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Leypsiq” “Ştutqart”la münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı bu oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Turun qalan qarşılaşmaları 28 və 29 yanvarda keçiriləcək.
Almaniya Bundesliqası
18-ci tur
27 yanvar
Leypsiq – Ştutqart 2:1
Qol: Soboslai, 25; 49 – Fuhrix, 68-pen.
28 yanvar
18:30. Frayburq – Auqsburq
18:30. Herta – Union Berlin
18:30. Hoffenhaym – Borussiya (Mönhenqladbax)
18:30. Maynts – Bohum
18:30. Verder – Volfsburq
21:30. Bayern – Ayntraxt
29 yanvar
18:30. Şalke – Köln
20:30. Bayer – Borussiya (Dortmund)


