Dmitri Nazarov üçün 90 dəqiqə və 1 xal

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu 3-cü Liqanın 20-ci turu çərçivəsində baş tutan “Frayburq”un ikinci komandası ilə qarşılaşmanın iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Aue təmsilçisi bu matçdan 1 xalla ayrılıb – 0:0.

Dmitri Nazarov bu matçın start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

Aue təmsilçisi geridə qalan 20 turda 5 qələbə qazanıb, 6 heç-heçə edib və 9 qarşılaşmada məğlub olub. Bu komanda hazırda 21 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: