Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 18-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
“Şalke” – “Köln” matçında qapılara qol vurulmayıb. Səfərdə “Bayer”lə qarşılaşan Dortmund “Borussiya”sı isə turu inamlı qələbə ilə başa vurub.
Beləliklə, 18 turdan sonra “Bayern” yenə 37 xalla vahid liderdir. “Union Berlin” 36 xalla ikinci, “Leypsiq” isə 35 xalla üçüncüdür. “Frayburq”la Dortmund “Borussiya”sının 34, “Ayntraxt”ın 32, “Volfsburq”un 32, Mönhenqladbax “Borussiya”sının 25 xalı var.
Almaniya Bundesliqası
18-ci tur
27 yanvar
Leypsiq – Ştutqart 2:1
Qol: Soboslai, 25; 49 – Fuhrix, 68-pen.
28 yanvar
Frayburq – Auqsburq 3:1
Qol: Qreqoriç, 13. Holer, 30. Linhart, 85 – Berişa, 29-pen.
Herta – Union Berlin 0:2
Qol: Duxi, 44. Sequin, 67.
Hoffenhaym – Borussiya (Mönhenqladbax) 1:4
Qol: Bebu, 80 – Hofmann, 12; 37. Ştindl, 83. Volf, 90+1.
Maynts – Bohum 5:2
Qol: Li, 1. Vidmer, 17. Onisivo, 28; 57; 87 – Kunde, 70. Maşoviç, 72.
Verder – Volfsburq 2:1
Qol: Fullkruq, 24-pen; 77.
Bayern – Ayntraxt 1:1
Qol: Sane, 34 – Muani, 69.
29 yanvar
Şalke – Köln 0:0
Bayer – Borussiya (Dortmund) 0:2
Qol: Adeyemi, 33. Tapsoba, 53-öz qapısına.


