Azərbaycan Premyer Liqasında 21-ci turun hakimləri bilindi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci turun bütün təyinatları məlum olub. Arena.az xəbər verir ki, qarşıdakı turun təyinatları Peşəkar Futbol Liqasının rəsmi saytı vasitəsilə açıqlanıb.

21-ci tura sabah keçiriləcək “Kəpəz” – “Qarabağ” matçı ilə start veriləcək. Bu oyunu Rauf Cabbarov idarə edəcək.

İkinci oyun günündə baş tutacaq “Zirə” – “Qəbələ” oyunu Kamal Umudluya, “Neftçi” – “Sumqayıt” matçı isə Elçin Məsiyevə tapşırılıb.

Sonuncu oyun günündə də iki görüş keçiriləcək. “Şamaxı” – “Turan Tovuz” görüşünü Əliyar Ağayev idarə edəcək. “Sabah” – “Səbail” matçında isə İnqilab Məmmədov söz sahibi olacaq.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 20 turdan sonra 56 xalı olan “Qarabağ” vahid liderdir. “Sabah” 49 xalla ikinci, “Neftçi” 41 xalla üçüncü pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası
21-ci tur
4 fevral

“Kəpəz” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cəmil Quliyev, Əli Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Gəncə şəhər stadionu, 14:00.

5 fevral

“Zirə” – “Qəbələ”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zirə İdman Kompleksinin stadionu, 16:00.

“Neftçi” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “Bakcell Arena”, 18:30.

6 fevral

“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu, 14:00.

“Sabah” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Şirmamed Mamedov, Cavid Cəlilov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
“Bank Respublika Arena”, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: