“Sabah” tarixinin yeni rekorduna imza atdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah” klubu tarixinin yeni rekorduna imza atıb. Arena.az xəbər verir ki, Bakı təmsilçisi Azərbaycan Premyer Liqasında ardıcıl 4 quru oyun keçirib.

Murad Musayevin yetirmələri mövsümün ilk yarısını “Sumqayıt” üzərində 6:0 hesablı qələbə ilə başa vurmuşdu. 2023-cü ildə isə bu komanda “Neftçi”ni 2:0, “Qəbələ”ni 3:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edib. Beləcə, paytaxt təmsilçisi ardıcıl 4 quru hesablı qələbə qazanıb.

Xatırladaq ki, “Sabah” sonuncu dəfə 17-ci turun 2022-ci il dekabrın 14-də baş tutan matçında “Kəpəz”dən qol buraxıb – 2:2.

Bunadək bakılıların ən uzun quru seriyası 3 oyundan ibarət idi. Paytaxt təmsilçisi 4 dəfə belə seriyaya imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: