Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubunun qapıçısı Yan Olşovski Bundesliqa təmsilçisi ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, 21 yaşlı qolkiper yeni sözləşməyə əsasən, 2027-ci ilin 30 iyununa qədər bu komandanın uğurları üçün çalışmağa davam edəcək.
Yan Olşovski Mönhenqladbax “Borussiya”sının öz yetirməsidir. Almaniyalı qolkiper klubun əsas komandasında cəmi 2 matça çıxıb. O, Almaniyanın U-18, U-19 və U-20 yığmalarında da forma geyinib.


