Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının və Birinci Divizionun son oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqası, 21-ci tur
“Zirə” – “Qəbələ” oyununda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub AFFA tərəfindən 800 manat cərimə olunub.
“Sabah” – “Səbail” oyununda “Səbail”in futbolçusu Rahid Əmirquliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb. Klub isə buna görə 200 manat cərimə olunub.
“Sabah”ın futbolçusu Con İrasabal da rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə 1 oyun cəzalanıb. Onun klubu da buna görə 200 manat cərimə olunub.
Birinci Divizion, 16-cı tur
“İmişli” – “Qəbələ-2” oyunundan əvvəl polis nümayəndəsi iclasa gecikdiyinə görə ev sahibi klub 40 manat cərimə olunub. “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunub.
“Kəpəz-2” – “Zirə-2” oyununda “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunub.
“Şamaxı-2” – “Turan Tovuz-2” oyunundan əvvəl Peşəkar Futbol Liqasının (PFL) himni səsləndirilmədiyinə görə ev sahibi klub 80 manat cərimə olunub. Oyundan əvvəl keçirilən iclasda “Turan Tovuz”un nümayəndəsi iştirak etmədiyinə görə klub 80 manat cərimə olunub. “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunub. “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunub.
“Səbail-2” – “Qaradağ Lökbatan” oyununda “Səbail”in futbolçusu Xəyal Bədirov ikinci sarı vərəqə ilə meydançadan qovulduğuna görə 1 oyun cəzalandırılıb. Paytaxt klubu buna görə 20 manat cərimə də olunub.
“Zaqatala” – MOİK oyunundan əvvəl ev sahibi klub meydançanı oyuna hazırlamadığına (qardan təmizləmədiyinə) görə 80 manat cərimə olunub. Oyundan əvvəl PFL-in himni səsləndirilmədiyinə görə ev sahibi klub 80 manat cərimə olunub. “Zaqatala”nın futbolçusu Kamal Kazımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb. Onun klubu buna görə 20 manat cərimə olunub. MOİK-in futbolçusu Cavid Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb. Onun klubu da buna görə 20 manat cərimə olunub.


