Dmitri Nazarov üçün 90 dəqiqə və 1 məhsuldar ötürmə

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu 3-cü Liqanın 22-ci turu çərçivəsində baş tutan “Manhaym”la qarşılaşmanın iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Aue təmsilçisi üç qolun qeydə alındığı bu matçdan qələbə ilə ayrılıb – 2:1.

Dmitri Nazarov bu matçın start heyətində meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib. Komandasının 20-ci dəqiqədə vurduğu ilk qolun məhsuldar ötürməsini də yığmamızın futbolçusu verib. Cari mövsümdə 4 qol vurmuş yarımmüdafiəçi bu dəfə adını tabloya yazdıra bilməyib.

Aue təmsilçisi geridə qalan 22 turda 6 qələbə qazanıb, 6 heç-heçə edib və 10 qarşılaşmada məğlub olub. Bu komanda hazırda 24 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: