Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 20-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Şalke” doğma meydanda “Volfsburq”la münasibətlərinə aydınlıq gətirib. Tərəflər meydanı qolsuz tərk ediblər.
20-ci turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya Bundesliqası
20-ci tur
10 fevral
Şalke – Volfsburq 0:0
11 fevral
18:30. Bayern – Bohum
18:30. Frayburq – Ştutqart
18:30. Hoffenhaym – Bayer
18:30. Maynts – Auqsburq
18:30. Verder – Borussiya (Dortmund)
21:30. Leypsiq – Union Berlin
12 fevral
18:30. Herta – Borussiya (Mönhenqladbax)
20:30. Köln – Ayntraxt


