Azərbaycan Premyer Liqasında 25-ci turun oyun cədvəli

Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsi ilə Azərbaycan Premyer Liqasında 25-ci turun oyun cədvəlini açıqlayıb. Arena.az xəbər verir ki, üç gündə keçiriləcək oyunların hamısı “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Turun ilk oyunu martın 3-də “Zirə” ilə “Şamaxı” arasında baş tutacaq. Bir gün sonra “Səbail” – “Sumqayıt” və “Sabah” – “Kəpəz” qarşılaşmaları keçiriləcək. Sonuncu oyun günündə isə “Qəbələ” lider “Qarabağ”ı, “Neftçi” də “Turan Tovuz”u qəbul edəcək.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 22 turdan sonra 58 xala malik “Qarabağ” vahid liderdir. “Sabah” 53 xalla ikinci, “Neftçi” isə 45 xalla üçüncü pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası
25-ci tur
3 mart

“Zirə” – “Şamaxı”
Zirə İdman Kompleksinin stadionu, 17:00.

4 mart

“Səbail” – “Sumqayıt”
Bakı. “ASCO Arena”, 16:00.

“Sabah” – “Kəpəz”
Masazır. “Bank Respublika Arena”, 18:30.

5 mart

“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 17:00.

“Neftçi” – “Turan Tovuz”
Bakı. “Bakcell Arena”, 19:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: