Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
İclasda Azərbaycan Premyer Liqasının və Birinci Divizionun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqası, 12-ci tur
“Turan Tovuz” – “Kəpəz” oyununda tovuzlu azarkeşlər tərəfindən meydançaya kənar əşya atıldığına görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilib.
Bu oyunda “Kəpəz”in futbolçusu Orxan Sadıqlı birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb. Onun klubu isə buna görə 1600 manat cərimə edilib.
Birinci Divizion, 17-ci tur
“Qaradağ Lökbatan” – “Neftçi-2” oyununda meydança sulanmadığına görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib. “Neftçi-2” komandasının 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.
“Zirə-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt”ın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.
“Mingəçevir” – “Zaqatala” oyununda “Mingəçevir”in futbolçusu Elsevər Bəkirzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb. Onun klubu isə buna görə 320 manat cərimə edilib.
“Zaqatala”nın nümayəndəsi iclasa gəlmədiyinə görə klub 80 manat cərimə edilib.


