Dmitri Nazarov üçün 90 dəqiqə və bir məhsuldar ötürmə

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu 3-cü Liqanın 23-cü turu çərçivəsində baş tutan “Vehen”lə qarşılaşmanın iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə üz-üzə gəlib. Aue təmsilçisi üç qolun qeydə alındığı bu matçdan qələbə ilə ayrılıb – 2:1.

Dmitri Nazarov bu matçın start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının 65-ci dəqiqədə vurduğu ikinci qolun məhsuldar ötürməsini də yığmamızın futbolçusu verib. Cari mövsümdə 4 qol vurmuş yarımmüdafiəçi bu dəfə adını tabloya yazdıra bilməyib.

Aue təmsilçisi geridə qalan 23 turda 7 qələbə qazanıb, 6 heç-heçə edib və 10 qarşılaşmada məğlub olub. Bu komanda hazırda 27 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: