Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 21-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Turun açılış oyununda “Auqsburq” doğma meydanda “Hoffenhaym”ı sınağa çəkib. Meydan sahibləri bu oyunda tək qolla 3 vacib xal qazanıblar.
21-ci turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya Bundesliqası
21-ci tur
17 fevral
Auqsburq – Hoffenhaym 1:0
Qol: Yensen, 88.
18 fevral
18:30. Borussiya (Mönhenqladbax) – Bayern
18:30. Bohum – Frayburq
18:30. Ştutqart – Köln
18:30. Volfsburq – Leypsiq
21:30. Ayntraxt – Verder
19 fevral
18:30. Union Berlin – Şalke
20:30. Borussiya (Dortmund) – Herta
22:30. Bayer – Maynts


