İsmail Çipe “Qalatasaray”ı birdəfəlik tərk etdi

Türkiyənin “Qalatasaray” klubunun qapıçısı İsmail Çipe Super Liqa təmsilçisi ilə yolları ayırıb. Arena.az xəbər verir ki, 28 yaşlı qolkiper 1-ci Liqa təmsilçisi “Boluspor”a transfer olunub.

Bu barədə Bolu təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Qalatasaray”dan azad agent kimi ayrılan qapıçı yeni klubu ilə 2024-cü ilin 30 iyununa kimi anlaşıb.

İsmail Çipe 2010-cu ildən “Qalatasaray”ın sıralarında idi. Həmin vaxt “Hatayspor”dan ayrılaraq İstanbul klubunun U-16 komandasına oynamağa başlayan qolkiper, burada əsas komandaya qədər yüksəlib. Lakin o, “sarı-qırmızılar”ın əsas qapıçısına çevrilə bilməyib. Belə ki, Çipe 13 illik “Qalatasaray” karyerası ərzində əsas komandanın formasını cəmi 17 dəfə geyinib. İstanbul təmsilçisi qapıçısını “Fatih Karagümrük”, “Kayserispor”, “Tuzlaspor” və “Şafakspor”a icarəyə də verib. O, Türkiyənin U-19 və U-21 yığmalarında da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: