“Turan Tovuz” futbol üzrə Azərbaycan Premyer Liqasının 23-cü turunda baş tutan “Sabah”la oyundan qalib ayrılmaqla ilklərə imza atıb. Arena.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda bu səfər görüşündə 2:0 hesabı ilə qalib gəlib.
Tovuz təmsilçisi ilk dəfə rəqib meydanında keçirdiyi Premyer Liqa matçında 2 qol vurub. Buna qədər səfərdə birdən çox qol vurmayan debütant səfərdə ən böyük fərqli qələbəsini qazanıb. “Turan Tovuz” əvvəlki üç səfər qələbəsini bir top fərqi ilə əldə edib.
Tovuzlular həm də ilk dəfə ardıcıl iki səfər görüşündə qalib gəlib. Qərblilər fevralın 6-da “Şamaxı”nı bir qolla üstələmşdi. Klub debüt mövsümünün əvvəlki qarşılaşmalarında belə seriyaya imza atmamışdı.


