Futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı və 27-ci turların oyun cədvəli məlum olub. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
26-cı turun oyunları 10-12 mart aralığında keçiriləcək. 27-ci tura isə ayın 15-də start veriləcək, 17-də yekun vurulacaq.
Bu iki turun oyun cədvəlini təqdim edirik:
Azərbaycan Premyer Liqası
26-cı tur
10 mart
“Kəpəz” – “Zirə”
Gəncə şəhər stadionu, 15:00.
“Sabah” – “Sumqayıt”
Masazır. “Bank Respublika Arena”, 19:00.
11 mart
“Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu, 15:00.
“Qarabağ” – “Səbail”
Bakı. “Azərsun Arena”, 18:00.
12 mart
“Şamaxı” – “Neftçi”
Şamaxı şəhər stadionu, 15:00.
27-ci tur
15 mart (çərşənbə)
“Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”, 18:00.
“Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu, 20:30.
16 mart
“Səbail” – “Turan Tovuz”
Bakı. “ASCO Arena”, 16:00.
“Neftçi” – “Kəpəz”
Bakı. “Bakcell Arena”, 19:00.
17 mart
“Qəbələ” – “Şamaxı”
Qəbələ şəhər stadionu, 17:00.
Xatırladaq ki, hazırda Azərbaycan Premyer Liqasında geridə qalan 24 turdan sonra 62 xala malik “Qarabağ” vahid liderdir. Bu komandanın ən yaxın izləyicisi “Sabah” 53 xal toplayıb. Üçüncü pillədəki “Neftçi”nin 39 xalı var. Avrokuboklara vəsiqə qazanmağa iddialı olan “Zirə” 35, “Qəbələ” 32 xal toplaya bilib. “Turan Tovuz”un 26, “Kəpəz”in 20, “Şamaxı”nın 19, “Sumqayıt”ın 18, sonuncu pillədə qərarlaşmış “Səbail”in isə 17 xalı var.
Premyer Liqada qarşıdakı 25-ci turun oyunları 3-5 mart aralığında keçiriləcək:
25-ci tur
3 mart
“Zirə” – “Şamaxı”
Zirə İdman Kompleksinin stadionu, 17:00.
4 mart
“Səbail” – “Sumqayıt”
Bakı. “ASCO Arena”, 16:00.
“Sabah” – “Kəpəz”
Masazır. “Bank Respublika Arena”, 18:30.
5 mart
“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 17:00.
“Neftçi” – “Turan Tovuz”
Bakı. “Bakcell Arena”, 19:30.


