PFL Premyer Liqada daha 5 turun oyun cədvəlini açıqladı

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasında daha beş turun oyun cədvəlini açıqlayıb. Arena.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Söhbət 28, 29, 30, 31 və 32-ci turun proqramından gedir. 28-ci turun matçları 31 mart – 2 aprel aralığında keçiriləcək. 29-cu turun matçları 7-9 apreldə, 30-cu turun oyunları 14-16 apreldə, 31-ci turun görüşləri 21-23 apreldə baş tutacaq. 32-ci turun qarşılaşmalarının isə 29 aprel – 1 may aralığında keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında bu mövsüm geridə qalmış 25 turdan sonra 65 xala malik “Qarabağ” vahid liderdir. “Sabah” 56 xalla ikinci, “Neftçi” 52 xalla üçüncü sırada qərarlaşıb. “Zirə”nin 36, “Qəbələ”nin 32 xalı var.

Peşəkar Futbol Liqası 26 və 27-ci turların oyun cədvəllərini daha öncə açıqlamışdı.

Azərbaycan Premyer Liqası
28-ci tur

31 mart (cümə)

“Turan Tovuz” – “Sumqayıt”
Tovuz şəhər stadionu, 15:30.

1 aprel (şənbə)

“Kəpəz” – “Səbail”
Gəncə şəhər stadionu, 15:30.

“Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu, 19:30.

2 aprel (bazar)

“Şamaxı” – “Qarabağ”
Şamaxı şəhər stadionu, 15:30.

“Sabah” – “Qəbələ”
Masazır. “Bank Respublika Arena”, 18:00.

29-cu tur

7 aprel (cümə)

“Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu, 17:00.

8 aprel (şənbə)

“Səbail” – “Sabah”
Bakı. “ASCO Arena”, 17:30.

“Sumqayıt” – “Neftçi”
“Sumqayıt Arena”, 20:00.

9 aprel (bazar)

“Turan Tovuz” – “Şamaxı”
Tovuz şəhər stadionu, 16:00.

“Qarabağ” – “Kəpəz”
Bakı. “Azərsun Arena”, 18:30.

30-cu tur

14 aprel (cümə)

“Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu, 17:30.

“Neftçi” – “Qəbələ”
Bakı. “Bakcell Arena”, 20:00.

15 aprel (şənbə)

“Kəpəz” – “Turan Tovuz”
Gəncə şəhər stadionu, 16:00.

16 aprel (bazar)

“Şamaxı” – “Sumqayıt”
Şamaxı şəhər stadionu, 16:00.

“Sabah” – “Qarabağ”
Masazır. “Bank Respublika Arena”, 19:00.

31-ci tur

21 aprel (cümə)

“Şamaxı” – “Kəpəz”
Şamaxı şəhər stadionu, 16:00.

“Qarabağ” – “Zirə”
Bakı. “Azərsun Arena”, 20:00.

22 aprel (şənbə)

“Turan Tovuz” – “Sabah”
Tovuz şəhər stadionu, 16:00.

“Səbail” – “Neftçi”
Bakı. “ASCO Arena”, 18:30.

23 aprel (bazar)

“Sumqayıt” – “Qəbələ”
“Sumqayıt Arena”, 18:00.

32-ci tur

29 aprel (şənbə)

“Kəpəz” – “Sumqayıt”
Gəncə şəhər stadionu, 16:00.

“Sabah” – “Şamaxı”
Masazır. “Bank Respublika Arena”, 18:30.

30 aprel (bazar)

“Neftçi” – “Qarabağ”
Bakı. “Bakcell Arena”, 19:00.

1 may (bazar ertəsi)

“Qəbələ” – “Səbail”
Qəbələ şəhər stadionu, 17:30.

“Zirə” – “Turan Tovuz”
Zirə İdman Kompleksinin stadionu, 20:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: