La Liqa: “Real” “Espanyol”u xalsız yola saldı

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 25-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Elçe” – “Valyadolid” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Selta” doğma meydanda “Rayo Valyekano”ya 3, “Valensiya” isə “Osasuna”ya tək qolla qalib gəlib. Dörd qolun qeydə alındığı “Real” – “Espanyol” matçı da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

İspaniya La Liqası
25-ci tur
10 mart

Kadis – Xetafe 2:2
Qol: Sobrino, 39. Alkaras, 82-pen – E.Ünal, 61-pen; 90+16.

11 mart

Real – Espanyol 3:1
Qol: Vinisius, 22. Militao, 39. Asensio, 90+3 – Xoselu, 8.

Elçe – Valyadolid 1:1
Qol: Morente, 90+6 – Larin, 4.

Selta – Rayo Valyekano 3:0
Qol: Aspas, 51; 85. Siss, 52-öz qapısına.

Valensiya – Osasuna 1:0
Qol: Kluyvert, 74.

12 mart

17:00. Malyorka – Real Sosyedad
19:15. Sevilya – Almeriya
21:30. Vilyarreal – Betis
00:00. Atletik – Barselona

13 mart

00:00. Jirona – Atletiko

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: