Stanislav Lobotka “Napoli” ilə yeni müqavilə bağladı

Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Napoli” klubu yarımmüdafiəçisi Stanislav Lobotka ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Slovakiyadan olan yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2027-ci il iyunun 30-na kimi nəzərdə tutulub. Müqaviləyə əməkdaşlığın 30 iyun 2028-ci il tarixinə qədər uzadılması variantı da daxildir.

Xatırladaq ki, Lobotkanın “Napoli” ilə əvvəlki sözləşməsi 2025-ci ilin yayına qədər idi.

Stanislav Lobotka “Napoli”yə 2020-ci ilin yanvar ayında İspaniyanın “Selta” klubundan 21 milyon avro qarşılığında gəlib. O, A Seriyası təmsilçisində indiyə qədər 100 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. 28 yaşlı dayaq yarımmüdafiəçisi “Selta” və “Napoli”dən başqa, “Trençin” və “Nodrsyelland”da, həmçinin “Ayaks”ın gənclərdən ibarət komandasında da forma geyinib. O, Slovakiya milli komandasında 43 oyuna 3 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: