Azərbaycan millisi Avstriya və İsveçlə oyunların hazırlığına başladı

AÇ-2024-ün seçmə mərhələsində Avstriya və İsveç yığmaları ilə qarşılaşacaq Azərbaycan millisi bu gündən etibarən hazırlığa başlayıb. Arena.az xəbər verir ki, baş məşqçi Canni De Byazinin rəhbərliyi altında baş tutan ilk məşq “Dalğa Arena”da gerçəkləşib.

Komandamız hələlik tam heyətlə hazırlaşa bilmir. Belə ki, ilk məşqdə sadəcə Azərbaycan çempionatında çıxış edən futbolçular iştirak ediblər. Legioner həyatı yaşayan Anton Krivotsyuk, Ozan Can Kökçü, Renat Dadaşov və Mahir Emreli qarşıdakı günlərdə millinin düşərgəsinə qoşulacaqlar.

Xatırladaq ki, Canni De Byazi qarşıdakı oyunlar üçün 27 futbolçuya dəvət göndərib. Heyətdə 3 qapıçı, 11 müdafiəçi, 7 yarımmüdafiəçi və 6 hücumçu yer alıb.

Xatırladaq ki, Azərbaycan millisi Avstriya yığması ilə martın 24-də, İsveç millisiylə isə ayın 27-də üz-üzə gələcək. Hər iki oyun səfərdə baş tutacaq.

Sonda heyətə dəvət olunmuş futbolçuların siyahısını bir daha xatırladırıq:

Qapıçılar
Səlahət Ağayev – Qəbələ
Emil Balayev – Səbail
Yusif İmanov – Sabah

Müdafiəçilər
Tellur Mütəllimov – Sabah
Azər Əliyev – Neftçi
Toral Bayramov – Qarabağ
Elvin Cəfərquliyev – Qarabağ
Bəhlul Mustafazadə – Qarabağ
Ceyhun Nuriyev – Sabah
Cəlal Hüseynov – Şamaxı
Höccət Haqqverdi – Neftçi
Anton Krivotsyuk – Daejeon (Cənubi Koreya)
Azər Salahlı – Neftçi
Bəxtiyar Həsənalızadə – Sabah

Yarımmüdafiəçilər
Riçard Almeyda – Qarabağ
Filip Ozobiç – Qarabağ
Elvin Camalov – Sabah
Eddi İsrafilov – Neftçi
Emin Mahmudov – Neftçi
Aleksey İsayev – Sabah
Ozan Can Kökçü – Eyndhoven (Niderland)

Hücumçular
Ramil Şeydayev – Qarabağ
Musa Qurbanlı – Qarabağ
Namiq Ələsgərov – Sabah
Renat Dadaşov – Qrasshopper (İsveçrə)
Rüstəm Əhmədzadə – Zirə
Mahir Emreli – Konyaspor (Türkiyə)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: